Yasamal məktəblərində ilk zəng çalındı
Yasamal məktəblərində bayram tədbirləri Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Yeni tədris ili münasibətilə müəllim, valideyn və şagirdləri təbrik edir, şagirdlərə müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayırıq.
Təhsil dövlət siyasətinin əsas prioritetlərindən biridir, dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilində aparılan sistemli islahatlar öz bəhrəsini hər zaman verir. Bu gün uzun həsrətdən sonra Fizuli və Laçında da ilk zəng sədaları eşidildi, doğma məktəblər yenidən öz sahiblərini qarşıladı.
2023-cü ilin Prezident İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan edilməsi Azərbaycan təhsili və Azərbaycan məktəbi qarşısında da mühüm vəzifələr qoyub.Ötən tədris ili iki böyük hadisəyə - “Şuşa İli” və “Heydər Əliyev İli”nə təsadüf edib, Yasamal rayonunda da “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən müxtəlif istiqamətli tədbirlər rayon ictimaiyyəti tərəfindən böyül rəğbətlə qarşılanıb. Bu gün ölkə üzrə bütün məktəblərdə ilk dərslər “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olundu.
Təhsilin inkişafı istiqamətində görülən işlər və bu sahədə həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə diqqət və qayğılarının bariz nümunəsidir.
Ana dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi kimi vacib missiyanın daşıyıcısı olan təhsil müəssisələrimizdə Azərbaycan dilinin tədrisi işinin daha da təkmilləşdirilməsi, ibtidai siniflərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və digər istiqamətlər təhsil sahəsinin qarşısında duran əsas məqsədlərdəndir. Bu yolda bütün təhsil işçilərinə uğurlar arzulayırıq.
Bilik bayramınız mübarək!