Vidadi Fərhadov son mənzilə yola salındı
Lokal xarakterli antiterror tədbirləri çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələrə qarşı əməliyat zaman həlak olmuş Vidadi Fərhadovun son mənzilə yola salınmasında Yasamal rayon ictimaiyyəti də iştirak edib. Bununla əlaqədar baş tutan mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, rayon hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyasının rəhbərləri, həmçinin Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, mərhumun ailə üzvləri, rəsmi şəxslər, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk öncə Yasamal rayonunda, mərhumun yaşadığı ünvanda vida mərasimi keçirilib. Daha sonra Vidadi Fərhadov paytaxtın Pirşağı qəsəbəsində torpağa tapşırılıb. Mərasimdə Qurandan ayələr oxunub,mərhumun yaxınlarına Azərbaycan bayrağı təntənəli şəkildə təqdim edilib.
Xatırladaq ki, sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Şuşa şəhəri atəşə tutulub. Törədilən terror hücumu nəticəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətinin mühəndisi Fərhadov Vidadi Aydın oğlu aldığı qəlpə yarası xəsarətindən həlak olmuşdur.