Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhidi yad edilib

07 noyabr 2022 | 14:14

Bu gün 2-ci Fəxri Xiyabanda Vətən Müharibəsinin şəhidi Asiman Əliyevin əziz xatirəsi yad edlib. Məzarı ziyarət edilib, gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Şəhidin anım mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, şəhidin yaxınları, qazilər, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və Yasamal Bələdiyyəsinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailəsinə dərin hüznlə başsaglığı verdi və qeyd etdi ki, Azərbaycan dövləti hər zaman onlara dəstək olacaq. Bildirildi ki, Ali Baş Komandan cənab İlham Əliyevin bu sahədə tapşırıq və göstərişləri yerlərdə tam icra edilir. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 8 noyabr tarixi Zəfərin cənab Prezident İlham Əliyevin parlaq hərbi və siyasi strategiyası sayəsində mümkün olduğunu vurğuladı.

Öz növbəsində şəhid ailəsi hər cür dəstəyə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürünü bildirdilər.

Asiman Əliyev 1 fevral 1987-ci ildə Ordubad rayonunda anadan olmuşdur. O, orta təhsilini Ordubad rayon Düylün kənd orta məktəbində almışdır. Daha sonra orta təhsilini  Heydər Əliyev adına Hərbi Liseydə davam etmişdir. Məktəbi bitirdikdən sonra 2001-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində  "Motoatıcı Taqım Komandiri" ixtisası üzrə ali hərbi təhsil almışdır.2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin noyabr ayının 7-də şəhidlik zirvəsinə ucalmışdır.

Ailəli idi.3 övladı var.

Əliyev Asiman Vaqif oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  ölümündən sonra "Vətən uğrunda" medalı  və "Xocavəndin azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.

Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Keçidlər