Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi yad edilib

03 noyabr 2022 | 13:52

Bu gün 2-ci Fəxri Xiyabanda dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri Vətən Müharibəsinin şəhidi İsmayıl Kərimlinin  məzarını ziyarət edib, gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. Şəhid İsmayıl Kərimlinin anım mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov iştirak ediblər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələrinə dərin hüznlə başsaglığı verdi və qeyd etdi ki, Azərbaycan dövləti hər zaman onlara maddi və mənəvi dəstək verəcək. Bildirildi ki, Ali Baş Komandan cənab İlham Əliyevin bu sahədə tapşırıq və göstərişləri yerlərdə birmənalı şəkildə həyata keçirilir.

Öz növbəsində şəhid ailəsinin üzvləri hər cür qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürünü bildirdilər.

İsmayıl Kərimli 10 oktyabr 1997-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 157 saylı məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin  "Su Təsərrüfatı və MKS" ixtisası üzrə ali təhsil almışdır.Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində vətənə xıdmət etmişdir.2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin noyabr ayının 3-də şəhidlik zirvəsinə ucalmışdır.Subay idi.

Kərimli İsmayıl Ceyhun oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  ölümündən sonra"Vətən uğrunda" medalı, “Hərbi xidmətlərə görə” medalı və  "Şuşanın azad olunmasına uğrunda" medalı ilə təltif edilmişdir.Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Keçidlər