Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi yad edilib

24 oktyabr 2022 | 10:59

Bu gün Yasamal rayonunun ictimaiyyət nümayəndələri Vətən müharibəsinin hərbçi şəhidi Afiq Qulamlının məzarını ziyarət ediblər. Şəhidin məzarı önünə gül dəstələri qoyulub,  ruhuna dualar oxunub. Mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidin yaxınlarına dərin hüznlə başsaglığı verdi. Öz növbəsində şəhid ailəsinin üzvləri və yaxınları şəhid hərbiçimizin xatirəsinə və ailəsinə göstərilən diqqətə görə ölkə rəhbərliyinə və ictimaiyyət nümayəndələrinə minnətdarlığını bildirdilər.

Afiq Qulamlı 24 dekabr 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini Xırdalan şəhəri 2 saylı məktəbdə almışdır. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 25-də şəhidlik zirvəsinə ucalmışdır.Subay idi.

Qulamlı Afiq Fərhad oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  ölümündən sonra "Vətən uğrunda"medalı , "Xocavəndin azad olunması uğrunda" medalı və "Füzulinin azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.

Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Keçidlər