Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi üçün anım mərasimi keçirilib

06 noyabr 2022 | 12:36

Bu gün Yasamal rayonunun ictimaiyyət nümayəndələri 2-ci Fəxri Xiyabanda şəhid Namiq Quliyevin məzarını ziyarət ediblər. Dövlət himni səsləndirilib, məzar önünə gül dəstələri qoyub, şəhidin ruhuna dualar oxunub. Mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidin yaxınlarına dərin hüznlə başsaglığı verdi. İcra başçısı şəhidlərin qanının yerdə qalmadığını və torpaqlarımızın erməni işğalından azad edildiyini bildirdi.  Qeyd olundu ki, Ali Baş Komandan cənab İlham Əliyevin şəhid ailələrinə və müharibə veteranlarına dəstək olmaq tapşırığı yerlərdə əsas vəzifə kimi icra olunur.

Öz növbəsində şəhid ailəsinin üzvləri şəhid hərbiçimizə və ailəsinə göstərilən diqqət və dəstəyə görə ölkə rəhbərliyinə və ictimaiyyət nümayəndələrinə minnətdarlığını bildirdilər.

Namiq Quliyev 1994-cü il dekabrın 29-da Bakı şəhərində anadan olub. Akademik Zərifə Əliyeva adına liseyi bitirib. 2020-ci il Vətən müharibəsi zamanı könüllü olaraq  döyüşlərdə iştirak etmiş və 2020-ci ilin noyabr ayının 5-də şəhidlik zirvəsinə ucalmışdır. Subay idi.

Quliyev Namiq Natiq oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” medalı, ”Xocavəndin azad olunmasına görə" medalı və "Laçının azad olunmasına görə" medalı ilə təltif edilmişdir

Keçidlər