Şriftin ölçüsü :

Saytın rəngi :

“ÜRƏKLƏRƏ İZ SALAN İNSAN” ADLI TƏDBİR KEÇİRİLİB

05 may 2023 | 14:31

Yasamal rayonu A.Hüseynzadə adına 20 saylı məktəb-liseydə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ürəklərə iz salan insan” adlı tədbir keçirilib.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti  başçısının müavini Təravət Muradova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  müdiri Mehriban Vəliyeva, Milli Məclisin deputatı İlham Məmmədov, Azərbaycan Təhsi̇l İşçi̇ləri̇ Azad Həmkarlar İtti̇faqı Yasamal rayon komitəsinin sədri Rövşən İbrahimli, qəhraman şəhidlərimizin ailə üzvləri və qazilər, Milli Olimpiya Komitəsinin nümayəndəsi Ruslan Məmmədov, məktəb direktorları, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

Öncə məktəbin həyətində hərbi orkestrın ifasında Dövlət Himni səsləndirilib və şagirdlərin iştirakı ilə Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş fləşmob nümayiş olunub. Daha sonra şagirdlər məktəb-liseyin Heydər Əliyev adına muzeyində dövlət xadimlərinin Ulu Öndər haqqında söylədikləri fikirləri səsləndiriblər.

Sonra qonaqlar Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Tədbir Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Həmçinin məktəblilərin vətənpərvərlik mövzusunda səsləndirdikləri mahnılar maraqla qarşılanıb.Tədbirdə Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri M.Vəliyeva bu il 100 illik yubileyi qeyd olunan Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyəti kimi milyonlarla insanın qəlbində əbədi yaşadığını söyləyib. Ulu Öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini deyən İdarə müdiri ümummilli liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini diqqətə çatdırıb.

Sonda iştirakçı şagirdlərlə xatirə şəkli çəkilib.

Keçidlər