Şəhid övladları üçün Yeni il münasibətilə şənlik təşkil edilib
Dekabrın 24-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şəhid övladları üçün şənlik təşkil edilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Yasamal Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhid övladlarına təbrik sözlərini çatdırıblar. Şəhid övladları üçün təşkil edilən bu tədbirin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum gününə təsadüf etməsi hərkəsdə əlavə bir sevinc, xoşbəxtlik hissi yaradıb.