Şriftin ölçüsü :

Saytın rəngi :

Macarıstanın müdafiə naziri və Yasamal RİH başçısı müharibə əsirləri qəbirstanlığını ziyarət ediblər

07 iyun 2023 | 17:05

Bakıda səfərdə olan Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicski Yasamal rayonunda yerləşən Alman müharibə əsirləri qəbirstanlığını bu gün ziyarət edib. Burada dəfn  edilmiş şəxslər İkinci Dünya Müharibəsi zamanı Sovet qoşunları tərəfindən əsir götürülmüşlər. Dəfn edilənlər arasında almanlar, macarlar və avstriyalılar var. Ziyarət zamanı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov macar nümayəndə heyətinə məzarlıqla baglı məlumat verib.Macarıstanlı nazir məzarlıqda yaradılan şəraitdən məmnunluğunu ifadə edib. Həlak olan hərbiçilərin qəbirləri önünə əklil və gül dəstələri qoyulub.

Keçidlər