İsrail nümayəndə heyəti Yasamal RİH-də görüşlər keçirib
Bakıda səfərədə olan İsrailin Kiryat Yam şəhər meriyasının nümayəndə heyəti Yasamal Rayon İcra Hakimiyyətində görüşlər keçirib. Görüşdən öncə inzibati binada Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyuldu, əziz xatirəsi yad edildi.
Daha sonra xarici qonaqları salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğuladı ki, Azərbaycan-İsrail dövlətlərarası münasibətləri yüksək səviyyədədir və bu əlaqələrin əsasını məhz Ulu Öndər qoyub. Bu gün isə bu münasibətləri Azərbaycan Prezidenti cənab İlham Əliyev daha da inkişaf etdirərək yeni mərhələyə çıxarır. İcra başçısı bildirdi ki, İsraildə artıq Azərbaycan səfirliyi fəaliyyətə başlayıb və Azərbaycan nümayəndə heyəti İsraildə səfərdə olub. Daha sonra Rayon İcra Hakimiyyətnin başçısı Elşad Həsənov Yasamal rayonu barədə qonaqlara ətraflı məlumat verdi.Qeyd olundu ki, Bakıda və Azərbaycanda tarixən digər xalq və etnik qruplara yüksək tolerantlıq mövcud olub və bu gün də bu ənənə davam edir.Bildirildi ki, Yasamal rayonu ilə Kiryat Yam şəhəri arasında qardaşlaşmış şəhərlər münasibətlərinin qurulması üçün yaxşı zəmin var.
Daha sonra söz alan Kiryat Yam şəhər merinin müavini Adam Amilov Azərbaycanda səfərdə olmaqdan son dərəcədə məmnun olduğunu etiraf etdi. Cənab Amilov əslən Azərbaycandan olduğu barədə məlumat verdi. Bildirildi ki, Azərbaycanda heç zaman antisemitizm olmayıb və yəhidilərə hər zaman isti münasibət olub. Kiryat Yam şəhər merinin müavini ikitərəfli münasibətlərin müxtəlif aspektlərini qurmağa və dərinləşdirmyə hazır olduqlarını ifadə etdi. Sonda xatirə fotosu çəkildi.