Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan hüquqlarının müdafiəsi” adlı tədbir keçirildi

19 iyun 2023 | 16:23

İyunun 8-də Yasamal rayon Heydər Əliyev Mərkəzində “İnsan hüquqları aylığı”çərçivəsində Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə  “İnsan hüquqlarının müdafiəsi” adlı tədbir keçirildi.

Tədbirdə Beynəlxalq İnsan Hüquqları Komitəsinin orta Asiya üzrə eksperti, prezident təqaüdçüsü Mirdamət Əzizov, Yasamal Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Emin Babayev, Yasamal Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların profliaktikişin təşkili bölməsinin baş inspektoru Elşad Həsənov, yazıçı, publisist Raziyyə Rzayeva, tarixçi alim Nazim Vəlişov, 1 nömrəli Bakı Tibb Kollecinin hüquq müəllimi Gülnarə Əhmədova, kimya üzrə fəlsəfə doktoru Zülfiyyə Məmmədova, Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin sədri Yasəmən Qəyyumova, psixoloq – Aynur Əliyeva, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri, Yasamal rayonu 167 saylı tam orta məktəbin və 173 saylı tam orta məktəbin şagirdləri iştirak etdilər.

Öncə qonaqlar Mərkəzin muzey bölməsində Ulu Öndər Heydər Əliyevin büstünü

ziyarət edib, əziz xatirəsini yad etdilər.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mərkəzin baş fond mühafizi Nigar Hüseynova tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının həyata keçirilmə mexanizmlərinin tapılması və reallaşdırılması, sözügedən sahədə hüquqi bazanın yaradılması müstəqil dövlətimizin qurucusu, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Mərkəzin bələdçisi Mayrux Cavadova “Dövlət və insan hüquqları” adlı mühazirə ilə çıxış etdi.

Tədbirdə çıxış edən Emin Babayev bildirdi ki, insan hüquqları insanın sadə ehtiyaclarını əks etdirir. İnsan hüquqları bərabərlik, ləyaqət, hörmət, azadlıq və ədalət haqqındadır. Hər bir insan  ayrı-seçkiliyə məruz qalmamaq, yaşamaq, söz azadlığı, təhsil almaq və digər  hüquqlara malikdir. İnsan hüquqları bütün şəxslər üçün bərabər və daimi, hər bir ölkədəki insanlar üçün eynidir.

 

Yəni,  hər bir fərdin hansı ölkədə doğulmasından və ya  yaşamasından asılı olmayaraq hüquqları bərabərdir. Onlar ayrılmaz, bölünməz və bir-birinə bağlıdır. Bu, o deməkdir ki, onlar heç vaxt insanlardan alına bilməz. Bütün hüquqlar eyni dərəcədə vacibdir və tamamlayıcıdır.

Digər çıxış edənlər də ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra Dünya Birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul etməklə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu kimi seçdiyindən bəhs etdilər. Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırıldı, sonda xatirə şəkli çəkildi.

Keçidlər