Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı Yasamal sakinlərini dinləyib

02 may 2023 | 14:44

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün qəbul keçirilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yerli sakinləri qurumun inzibati binasında qəbul edib.Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, MKTB və rayon Bələdiyyəsinin rəhbərliyi də iştirak edib. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan üzləşdikləri problemlər bərədə məlumat verməyi xahiş etdi. Növbə ilə söz alan Yasamal rayonunun sakinləri  mənzil növbəsi, qaraj sənədləşməsi, istismar müddəti bitmiş binaların söküntüsü, qəzalı binaların əsaslı təmiri, qeyri-yaşayış sahələri və bir sıra sosial xarakterli məsələlər qaldırdılar.

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkert göstərişlər verdi. İcra başçısı sakinlərin suallarına ətraflı cavablar verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.

Keçidlər