Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Yasamal sakinləri ilə səyyar görüş keçirdi

23 sentyabr 2022 | 12:51

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlarla mütəmadi təmasda olmaq tapşırığına uyğun olaraq Yasamal rayonunda sakinlərlə növbəti görüş keçirilib. Rayonun 53 saylı tam orta məktəbin akt zalında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yerli sakinləri dinləyib. Səyyar görüşdə həmçinin Yasamal bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.

Qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərə müraciət edərək hansı problemlərlə üzləşdiklərini soruşdu və öz təklif və şikayətlərini birbaşa ona bildirməyə dəvət etdi.Növbə ilə söz alan Yasamal rayon sakinləri ev damlarının təmiri, yaşayış evi konstruksiyalarının qanunazid dəyişikliyi, həyətlərin asfaltlanması, küçələrin işıqlandırılması, qanunsuz ət kəsimi və qanunsuz küçə ticarəti ilə mübarizə, evlərdə istilik sistemlərinin bərpası, qəzalı evlərin təmiri və bir sıra sosial məsələlərlə bağlı öz fikirlərini bildirdilər.Sakinləri narahat edən problemlər dinlənildi, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən tapşırıqlar verildi.

Keçidlər