Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Yasamal rayonunun sakinlərini qəbul edib

28 noyabr 2022 | 08:59

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlərin növbəti qəbulu həyata keçirilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yerli sakinləri qurumun inzibati binasında qəbul edib. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan üzləşdikləri problemlər bərədə məlumat verməyi xahiş etdi. Söz alan Yasamal rayonunun sakinləri yaşayış binalarının birinci mərtəbəsi və zirzəmilərində kommersiya obyektlərinin fəaliyyətinin yaratdığı narahatçılıq, şəhid ailəsi üzvlərinin ərazi üzrə qeydiyyatı, maliyyə xarakterli məhkəmə qərarlarının icrası, kommersiya obyektlərinin fəaliyyəti, sənədsiz obyekt sahiblərinin tikinti şirkətləri ilə mübahisələri, gənclərin məşğulluğu, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və bir sıra sosial xarakterli məsələlər qaldırdılar.

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək, onların problemlərinin aradan qaldırılmasına dair göstərişlər verdi. Qəbul zamanı bir sıra məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.

Keçidlər