Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı və millət vəkili Yeni Yasamal sakinləri ilə görüşdülər

24 noyabr 2022 | 18:58

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti görüş keçirilib. Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Səbinə Xasayeva vətəndaşlarla bir araya gəliblər. Səyyar qəbul Yeni Yasamal yaşayış massivindəki 286 saylı tam orta məktəbin akt zalında keçirildi. Görüşdə Yasamal rayonunun sakinləri, rayon icra hakimiyyətinin əməkdaşları, Yasamal bələdiyyəsinin və xidmət sahələrinin nümayəndələri iştirak ediblər.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  sakinləri qarşılaşdıqları problemlər barədə səmimi danışmağa çağırdı.

Söz alan vətəndaşlar  sənədsiz evlər, küçələrin abadlaşdırılması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mənzil növbəsi, yolların asfaltlanması, ərazi üzrə qeydiyyat, küçələrin işıqlandırılması və bir sıra sosial məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı cavablar verdi.Bir sıra məsələlər İcra başçısının göstərişi ilə yerindəcə öz həllini tapdı.Qəbulda sakinləri narahat edən problemlər dinlənildi, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılması üçün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verildi.

Keçidlər