Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı və millət vəkili ərazidə sakinlərlə görüş keçirdilər

20 oktyabr 2022 | 18:54

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlarla təmasda olmaq tapşırığına uyğun olaraq Yasamal rayonunda sakinlərlə növbəti görüş keçirilib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Elnur Allahverdiyev rayon sakinləri üçün növbəti birgə səyyar qəbul keçiriblər. Qəbul Yasamal rayonunun 18 saylı tam orta məktəbin akt zalında baş tutub. Görüşdə Yasamal rayon sakinləri, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Yasamal bələdiyyəsinin, MKTB və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Yasamal sakinlərinin qayğıları ilə maraqlandı və onları öz müraciət, təklif və şikayətlərini ona bildirməyə dəvət etdi.

Söz alan vətəndaşlar yaşayış binalarının qəzalı eyvanlarının təmiri, kirayə haqqı ödənişi, küçələrin işıqlandırılması, qəzalı tarixi-memarlıq binalarının taleyi, məhəllədaxili yolların asfaltlanması, narkomaniya ilə mübarizə və bir sıra sosial məsələlərlə bağlı öz şikayət və fikirlərini bildirdilər.Qəbulda sakinləri narahat edən problemlər dinlənildi, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verildi.

Keçidlər