İcra başçısı sakinlərin müraciətlərinin həlli ilə baglı göstərişlər verdi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər qəbul edilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yerli sakinləri qurumun inzibati binasında qəbul edib. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan üzləşdikləri problemlər bərədə məlumat verməyi xahiş etdi. Söz alan Yasamal rayonunun sakinləri Birinci Qarabağ müharibəsi iştirakçılarının mənzil və işlə təminatı, Əfqan müharibəsi veteranlarının mənzil növbəsi, vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial yardım, istismar müddəti bitmiş evlərin söküntüsü ilə əlaqədar kompensasiya məbləği və bir sıra sosial xarakterli məsələlər qaldırdılar.
İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək, onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra göstərişlər verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.