Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı sakinləri qəbul edib

13 dekabr 2022 | 15:37

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər qəbul edilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yerli sakinləri qurumun inzibati binasında qəbul edib. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan üzləşdikləri problemlər bərədə məlumat verməyi xahiş etdi. Söz alan Yasamal rayonunun sakinləri rayonda agac və yaşıllıqlara qulluq, QHT-lərin fəaliyyəti, abadlıq işləri, qazilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhid ailələrinin mənzil təminatı, qəzalı evlərə baxış, qazilər üçün iş yerləri, məhkəmə qərarlarının icrası  və bir sıra sosial xarakterli məsələlər qaldırdılar.

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək, onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına konkret göstərişlər verdi. Qəbul zamanı bir sıra məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.

Keçidlər