Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı ərazidə sakinlərlə görüşdü

13 iyul 2023 | 17:05

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti səyyar görüş keçirilib. Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Fizikariyaziyyat və informatika təmayüllü Respublika liseyinin akt zalında vətəndaşlarla görüşüb. Görüşdə Yasamal rayonunun sakinləri, həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Yasamal Bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.Sakinləri salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  “Heydər Əliyev ili” çərçivəsində rayonda görülən işlər və həyata keçirilən silsilə tədbirlər barədə geniş məlumat verdi. İcra başçısı həmçinin qəbullar və vətəndaş müraciətlərinin operativ həllinə dair statistika ilə bölüşdü və bildirdi ki, müraciətlərin əksəriyyəti öz müsbət həllini tapır. Daha sonra isə sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı danışmağı xahiş etdi.

Söz alan vətəndaşlar tikinti məsələlərinə dair qonşular arasında mübahisələr, tikinti şirkətlərinin gecə saatlarında işləməsi, kanalizasiya xəttlərinin mövcud vəziyyəti, həyətlərin asfaltlanması, Vətən müharibəsi qazilərinin işlə təmini, mülkiyyət çıxarışı, küçələrin işıqlandırılması və digər məsələlərlə  bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər.Qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına geniş şəkildə cavablar verdi.Bir sıra problemlərin həllinə dair RİH əməkdaşlarına birbaşa göstərişlər verildi.Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənildi, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.

Keçidlər