Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı ərazidə sakinlərlə görüş keçirdi

13 oktyabr 2022 | 18:28

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlarla təmasda olmaq tapşırığına uyğun olaraq Yasamal rayonunda sakinlərlə növbəti görüş keçirilib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinləri üçün növbəti səyyar qəbul keçirib. Qəbul Yasamal rayonunun 225 saylı tam orta məktəbin akt zalında baş tutub. Görüşdə Yasamal rayon sakinləri, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Yasamal bələdiyyəsinin, MKTB və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Yasamal sakinlərinin qayğıları ilə maraqlandı və onları öz müraciət, təklif və şikayətlərini ona bildirməyə dəvət etdi.

Söz alan vətəndaşlar səkilərin sahibkarlıq obyektləri tərəfindən zəbt olunması halları, ailədaxili münaqişə zamanı mülkiyyət mübahisələri, zirzəmilərin istifadəsi qaydası, qəzalı evlər, məişət tullantıları konteynerlərin yerləşdirilməsi, pilot layihələr, küçələrin işıqlandırılması və bir sıra sosial məsələlərlə bağlı öz fikirlərini bildirdilər.Qəbulda sakinləri narahat edən problemlər dinlənildi, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verildi.

Keçidlər