Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Elşad Həsənov sakinləri qəbul edib

05 dekabr 2022 | 16:07

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlərin növbəti qəbulu həyata keçirilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yerli sakinləri qurumun inzibati binasında qəbul edib. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan üzləşdikləri problemlər bərədə məlumat verməyi xahiş etdi. Söz alan Yasamal rayonunun sakinləri qış mövsümündə evlərin istilik sistemi ilə təchizatı, sosial yardım, qəzalı evlərin təmiri, fərdi ev tikintisinə yardım, ərazi üzrə qeydiyyat, qonşular arasında tikintiylə baglı mübahisələr və bir sıra sosial xarakterli məsələlər qaldırdılar.

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək, onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına göstərişlər verdi. Qəbul zamanı bir sıra məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.

Keçidlər