İcra başçısı Elşad Həsənov sakinləri qəbul edib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlərin qəbulu davam edir.Bu gün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinlərini qurumun inzibati binasında qəbul edib. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan üzləşdikləri problemlər bərədə ətraflı məlumat verməyi xahiş etdi. Bir-bir söz alan Yasamal rayonunun sakinləri qəzalı evlərin təmiri, məşğulluq, kirayə haqqı ödənişi, dava-dərman alışı, şəhid ailələrinin mənzillə təmini və bir sıra sosial xarakterli məsələlər qaldırdılar.
İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək, onların problemlərinin aradan qaldırılmasına dair göstərişlər verdi. Qəbul zamanı bir sıra məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.