Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev ili” çərçivəsində Yasamal rayonunda agacəkmə aksiyası keçirilib

03 may 2023 | 12:29

Azərbaycanda geniş qeyd edilən “Heydər Əliyev ili” çərçivəsində Yasamal rayonunda silsilə tədbir və aksiyalar davam edir. Bununla əlaqədar Yasamal rayonu ərazisində yeni bir ağacəkmə aksiyası keçirib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Eldar Nuriyev, yerli idarə və təşkilat təmsilçiləri və rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak ediblər.

Ağacəkmə aksiyası BDU yataqxanasının ərazisində, Mətbuat prospekti boyunca keçirilib. Aksiya zamanı giparis və digər növ ağaclar əkilib, ərazidə abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib, taxta dirəklərlə möhkəmləndirilib. Aksiyanın keçirilməsində məqsəd Yasamal rayonunda yaşıllıq əraziləri genişləndirmək, ekoloji tarazlığın bərpasına nail olmaq, ətraf mühitin qorunmasına kömək etmək və ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Keçidlər