Şriftin ölçüsü :

Saytın rəngi :

"Gənc Hüquq Müdafiəçiləri" səhnələşdirilmiş məhkəmə müsabiqəsinin şifahi çıxışlardan ibarət mərhələsi keçirildi

18 aprel 2023 | 17:00

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində təşkil olunmuş tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  müdiri Mehriban Vəliyeva,  Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyev, Yasamal Rayon İcra Hakimiyyəti  başçısının müavini Təravət Muradova, “ELSA Azərbaycan”ın Prezidenti Rəhim Abasov, “ELSA Azərbaycan” səhnələşdirilmiş məhkəmə müsabiqələri üzrə vitse-prezidenti Nərminə Hüseynzadə, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, mentor tələbələr və şagirdlər iştirak ediblər. “Heydər Əliyev İli” çərçivəsində belə bir müsabiqənin keçirilməsi Ümummilli Liderin milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atdığı vacib addımlar sırasında insan amilinə yüksək dəyər verən hüquq sisteminin qurulması və inkişaf etdirilməsi xüsusi yer tutur.

Mehriban Vəliyeva “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin yuxarı sinifdə təhsil alan xüsusilə də təhsilini hüquqşünaslıq ixtisasında davam etdirmək istəyən məktəblilərin hüquqi biliklərini artırmaq, gələcəkdə fəal vətəndaş kimi onlarda öz hüquqları ilə yanaşı digər vətəndaşların da hüquqlarını müdafiə etmək bacarıqlarının formalaşdırılması, eləcə də onların real məhkəmə mühiti ilə tanışlığına imkan yaratmaq baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı.

Müsabiqənin əhəmiyyəti barədə danışan Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyev məktəblilərin bu müsabiqədə iştirak etməklə hüquqşünaslıq ixtisası, onun tətbiqi və məhkəmə mühiti ilə yaxından tanış olmaq şansı əldə etdiklərini söylədi.

Yasamal RİH başçısının müavini Təravət Muradova, məktəb direktorları, mentor tələbələr və şagirdlər səhnələşdirilmiş məhkəmə müsabiqəsinin keçirilməsinin əhəmiyyətindən , məhkəmə müsabiqələrində iştirak edən hüquq ixtisası üzrə təhsil alan tələbələr və hüquqşünas olmaq istəyən məktəblilərin nəzəri bilikləri praktik formada tətbiq etməyi və təkmilləşdirməyi öyrənmələrindən  danışdı.

“ELSA Azərbaycan”nın Prezidenti Rəhim Abasov, “ELSA Azərbaycan” Səhnələşdirilmiş məhkəmə müsabiqələri üzrə vitse-prezidenti Nərminə Hüseynzadə müsabiqə barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, “ELSA Azərbaycan” tərəfindən 2011-ci ildən etibarən təşkil olunan səhnələşdirilmiş məhkəmə müsabiqələri hüquq fakültəsi tələbələrinin və hüquqşünas olmaq istəyən məktəblilərin inkişafına müstəsna töhfələr verir.

Daha sonra “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin şifahi çıxışlardan ibarət mərhələsinin dörddəbir turu keçirildi. Bu mərhələdə 2 şagird və 1 tələbədən ibarət olmaqla, ümumilikdə 8 komanda iddiaçı və cavabdeh kimi çıxış etdi. Nəticədə Bakı şəhəri 20 və 83 nömrəli məktəb-liseylər, 287 nömrəli Zəkalar liseyi və 7 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət komandalar qalib gələrək növbəti mərhələyə vəsiqə qazandılar.

Sonra növbəti tura vəsiqə qazanan komandalar təltif olundular.

Keçidlər