Şriftin ölçüsü :

Saytın rəngi :

“Əsrin müqaviləsi” tarixi zəfərimizə gedən yolun başlanğıcıdır adlı konfrans keçirildi

18 sentyabr 2023 | 15:04

Yasamal Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə Yasamal Rayon Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi” tarixi zəfərimizə gedən yolun başlanğıcıdır mövzusunda konfrans keçirildi.

Konfransın əvvəlində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu, əziz xatirəsi yad edildi. Dövlət Himni səsləndirildi.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatı Elnur Allahverdiyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, RİH aparatının məsul işçiləri, rayon ziyalıları və təşkilat sədrləri iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova 1994-cü il sentyabrın 20-də Ulu Öndərin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” və bu tarixi hadisənin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətindən danışdı.Təravət Muradova  qeyd etdi ki, 1994-cü il sentyabrın 20-si Müstəqil Azərbaycan dövlətinin inkişafında bu mühüm gün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınan böyük neft kontraktları imzalandı. Bu müqavilə Azərbaycanın yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı. Məhz bu tarixi addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi.

Tədbir çərçivəsində “Əsrin müqaqviləsi”nə və Azərbaycanın neft sənayəsinin inkişafına həsr edilmiş sənədli filmə baxış keçirildi.

Daha sonra tədbirdə çıxış edən “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov, iqtisadçı-alim Rasim Nəbiyev milli sərvətlərimizdən müstəqil dövlətimizin və xalqımızın rifahı naminə istifadə olunması, bu məqsədlə xarici investisiyaların cəlb olunması üçün cəsarətli siyasi addımlar atıldığını bildirdilər. Qeyd olundu ki, Azərbaycan ilk dəfə idi ki, altı ölkəni təmsil edən dünyanın məşhur 10 xarici neft şirkəti ilə belə böyük miqyasda saziş imzalayırdı. Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. "Əsrin müqaviləsi" həm də Azərbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi.

Keçidlər