Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vətəndaşlarla görüş keçirib

17 mart 2022 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinlərinin iştirakı ilə növbəti səyyar qəbul keçirib. Qəbul  225 saylı orta məktəbin akt zalında baş tutub. Görüşdə yerli sakinlər, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, MKTB və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Yasamal rayonunda abadlıq-quruculuq və yenidənqurma işlərinin davam etdiyini bildirdi. Belə ki, yolların salınması və əsaslı təmir edilməsi, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi sahəsində sosial infrastruktur layihələrinin həyata keçirildiyi vurğulandı.

Daha sonra sakinlər məşğulluq, qəzalı evlər, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, küçələrin işıqlandırılması, ağacların budanması və digər məsələlərlə bağlı öz fikirlərini bildirdilər.Qəbulda sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənildi, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı göstərişlər verildi.

Keçidlər