Yasamal Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə görüş keçirib
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinlərinin iştirakı ilə səyyar qəbul keçirib. Qəbul 21 saylı orta məktəbin akt zalında baş tutub. Qəbulda vətəndaşlar, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elaşd Həsənov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar, pandemiya ilə mübarizənin uğuru və 2020-ci ilin Vətən müharibəsindən söz açdı. Elşad Həsənov Yasamal rayonu ərazisində abadlıq-quruculuq işlərinin aparıldığını və 2022-ci ildə də bu işlərin davam etdiriləcəyini diqqətə çatdırdı.
Daha sonra vətəndaşlar təklif və sorğularla müraciət etdilər. Görüşdə sakinləri narahat edən əsasən qəzalı evlərin və binaların təmiri, yol infrastrukturunun təkmillşdirilməsi, mənzil-məişət şəraitin yaxşılaşdırılması və sosial məsələlər oldu. İcra başçısı sakinləri narahat edən bu kimi mövzularla bağlı onlara ətraflı məlumat verdi. Sakinləri narahat edən komunal problemlərlə bağlı xidmət və struktur rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verildi.