Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Müstəqillik Günü ilə əlaqədar dəyirmi masa keçirildi

18 oktyabr 2013 | 10:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 22-ci ildönümü ilə əlaqədar dəyirmi masa təşkil olundu.

Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Mərkəzin “Muzey” bölmələrində oldular. Burada Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın banisi, ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu, siyasi fəaliyyətindən bəhs edən eksponatlar məktəblilərə nümayiş olundu.

Mərkəzin “Kitabxana və İnformasiya Texnologiyaları” bölməsində toplanmış və ulu öndərin həyat və siyasi fəaliyyətinə işıq salan müxtəlif nəşr materialları haqqında məlumat verildi.

Mərkəzin kiçik elmi işçisi Günel Hüseynova tarixi günlə bağlı məruzə ilə çıxış etdi. Məruzədə qeyd olundu ki, Sovet imperiyasının qalıqları üzərində ucalmış Azərbaycan Respublikasının qısa tarixə malik müstəqillik yolu mürəkkəb və keşməkeşli olmuş, qüdrətli tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı naminə göstərdiyi xidmətlər sayəsində ölkəmiz bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilmişdir.

Daha sonra Mərkzəzin baş elmi işçisi Cəmilə Məlikova qarşıdan gələn tarixi gün ilə əlaqədar qonaqları təbrik etdi, 1991-ci ildə müstəqil dövlət kimi tarix səhnəsinə qədəm qoymuş Azərbaycan Respublikasının artıq öz tarixinin üçüncü onilliyini yaşadığını, ölkəmizin milli dövlətçiliyinin ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidenimiz İlham Əliyevin rəhbərliyi altında möhkəmlənib daha da inkişaf etdiyini vurğuladı.

Sonda şərəfli müstəqillik tariximizdən bəhs edən “Müstəqillik yollarında” adlı sənədli film nümayiş olundu.

Keçidlər