Yasamal rayonunda Ulu Öndərin əziz xatirəsi yad edilib
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.Tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri açıq elan edən YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə Ümummilli Liderin müasir Azərbaycan tarixində oynadığı mühüm roldan söz açdı.
Daha sonra tədbirdə nitqlə çıxış edən Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərindəki tarixi missiyasından bəhs etdi. Yasamal rayonu İcra Hakimiyyətnin başçısı Heydər Əliyevin adının daima inkişaf və tərəqqi ilə bağlı olduğunu vurğuladı.Qeyd olundu ki, Ulu Öndər 90-cı illərdə xilaskarlıq missiyasını öz üzərinə götürdü və o zaman Azərbaycanı hərc-mərclik və xaosdan qurtardı.Elşad Həsənov bu gün Ulu Öndərin siyasətinin onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirdi. Məhz bunun nəticəsidir ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz Qarabağda tarixi zəfər qazandı.
Anım mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidenti Katibliyinin sabiq rəisi, tarix elmləri doktoru Dilarə Seyidzadə Ulu Öndərlə bağlı xatirələri ilə bölüşdü və auditoriyanın maraq doğuran suallarını cavablandırdı.Anım tədbirində çıxış edən digər natiqlər Ulu Öndərin siyasi irsinin gələcək nəsillər üçün əhəmiyyətindən söz açdılar.
Tədbir Ulu Öndərin ictimai-siyasi fəaliyyətindən bəhs edən filmin baxışı ilə müşaiət olundu.