Şriftin ölçüsü :

Saytın rəngi :

Müəllim günü qeyd edildi

04 oktyabr 2013 | 10:00

Ümummilli lider Heydər Əliyevin 1993-cü il oktyabrın 5-də imzaladığı sərəncama əsasən hər il respublikamızda qeyd olunan “Müəllim günü” münasibəti ilə Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Kaktus”restoranında tədbir keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin Başçısı cənab İbrahim Mehdiyev, onun müavinləri, rayon İcra Hakimiyyəti Başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, rayonun orta ümumtəhsil məktəblərinin direktorları və 2012/2013-cü tədris ilində müvəffəqiyyət qazanmış müəllimlər iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev çıxış edərək müəllimləri peşə bayramları münasibəti ilə təbrik etdi. O, çıxışında müəllimlərin cəmiyyətin inkişafında rolundan, müəllim peşəsinin müqəddəsliyindən və müstəqillik dövründə, o cümlədən əzəli torpaqlarımızın işğal altında olduğu bir şəraitdə onların qarşısında duran vəzifələrdən, həmçinin, son illərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban xanım Əliyevanın dövlətimiz və xalqımız qarşısında xidmətlərindən, eləcə də təhsilə olan qayğılarından geniş söhbət açdı. Cənab İbrahim Mehdiyev çıxışını bitirdikdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 avqust 2013-cü il tarixli sərəncamı ilə 2012/2013-cü tədris ilində keçirilmiş “İlin ən yaxşı orta ümumtəhsil məktəbi” müsabiqəsinin qalibləri olan 20 saylı məktəb-liseyin direktoru Sabir Məmişova, 308 saylı tam orta məktəbin direktoru Təranə Məmmədovaya, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibləri, 20 saylı məktəb-liseyin müəllimləri Təranə Əliyeva və Fatma Mustafazadəyə, 60 saylı tam orta məktəbin müəllimi Gülçöhrə Məmmədovaya və 158 saylı tam orta məktəbin müəllimi Mahizər Əliyevaya rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanlarını və qiymətli hədiyyələr təqdim etdi.

Tədbirdə iştirak edən Bakı şəhər təhsil idarəsinin  inspektoru  B. Əhmədov çıxış edərək müəllimləri təbrik etdi və Bakı şəhər Təhsil İdarəsinin Fəxri Fərmanlarını 2012/2013-cü tədris ilində fərqlənən müəllimlərə təqdim etdi.

Tədbirin bədii hissəsi Yasamal rayon Uşaq Gənclər Mərkəzinin dərnəklərində məşqul olan yeniyetmə və gənc rəqqas və müğənnilərin çıxışları ilə başlayaraq İ.Əbilov adına Mədəniyyət Mərkəzinin yetirmələrinin ifaları ilə davam etdirildi.

Keçidlər