Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Vətən müharibəsi şəhidləri yad edilib

30 sentyabr 2021 | 11:00

44 günlük Vətən Müharibəsinin şəhidləri, kapitan Həmidağa Hüseynzadə və Rəşad Mikayılzadə Yasamal rayonunun ictimaiyyəti tərəfindən anılıblar. Şəhid hərbi qulluqçuların Yasamal rayonunda yerləşən 2-ci Fəxri Xiyabandakı məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.

Anım mərasimdə iştirak edən Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Həmidağa Hüseynzadə  müharibədə göstərdiyi rəşadətə görə, “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları, Rəşad Mikayılzadə isə “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif edilmişlər. Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Qarabağda işğalçı erməni ordusunu ağır məğlubiyyətə uğratdığını bildirdi. Elşad Həsənov Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduqlarını vurğuladı.

Mərasimdə çıxış edən şəhidin yaxınları öz xatirələri ilə bölüşdülər, diqqət və dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdilər.Anım mərasimində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Ramin Şükürov, Yasamal rayonu İcra Hakimiyyəti aparatı əməkdaşları və Yasamal Bələdiyyəsinin rəhbərliyi, şəhidlərin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Keçidlər