Şriftin ölçüsü :

Saytın rəngi :

2013-cü ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirildi

27 iyul 2013 | 10:00

Yasamal rayonunda 2013-cü ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirildi. Rayon  icra hakimiyyətinin başçısı  İbrahim Mehdiyev görülmüş işlər barəsində geniş hesabat verdi.

Rayon İcra Hakimiyyətinin Başçısı əvvəlcə  iyulun 18-də  Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş Nazirlər Kabinetinin geniş iclasını xatırlatdı və qeyd etdi ki,  iclasda cari ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzıfələr müzakirə edildi. Dövlətimizin başçısının çıxışından sonra bir daha məlum oldu ki, bu ilin  altı ayı ərzində Azərbaycan dinamik inkişaf edib, qarşıda duran bütün vəzıfələr icra olunub.  Ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektoru 11 faiz artmışdır. Kənd təsərrüfatı sahəsində artım 5 faizdir. Bu gün Azərbaycanda orta əmək haqqı 520 dollar, orta pensiya 200 dollar səviyyəsindədir. Əhalinin pul gəlirləri 7 faizdən çox artıb. Ölkə iqtisadiyyatına 12,6 milyard dollar sərmayə qoyulub. Bu vəsaitin 7 milyardı daxili sərmayədir. Valyuta ehtiyatlarımız 48 milyard dollardan çoxdur. İlin axırınadək investisiya qoyuluşunun 25 milyard dollara catacağı gözlənilir. Halbuki, ötən il bu rəqəm 20 milyard dollar idi. Bu, ölkəmizin siyasi sabitliyinə, iqtisadiyyatımızın dayanıqlığına olan inamın göstəricisidir.

İ. Mehdiyev qeyd etdi ki, qazanılan qələbədə Yasamal rayonunun da payı var. Belə ki, son illərlə müqayisədə cari ilin 6 ayının nəticələri də rayonumuzun dinamik inkişaf tempindən xəbər verir. Natiqin sözlərinə görə, Yasamal rayonunda sənaye məhsulunun ümumi həcmi 94 milyon manat, nəqliyyat sektorunda  xidmətlərin  həcmi 769 milyon manat  olmuşdur ki,  bu da  keçən ilin müvafiq dövrü ilə müqayisədə 105,2 faiz təşkil etmişdir. Rabitə xidmətlərinin həcmi 100 milyon manat, ümumi investisiyadan tikinti-quraşdırma işləri 261 milyon  manat olmuşdur ki,  bu da keçən ilin  müvafiq dövrü ilə müqayisədə 126,9 faiz,  və  197,1 faiz  deməkdir.Əsas kapitala yönəldilən investisiyalar 480 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 465 milyon manat, əhaliyə göstərilən  pullu xidmətlər 292 milyon manat təşkil etmişdir.Bir işçiyə hesablanmış  orta aylıq əmək haqqı 10,3 faiz artaraq, 521,9  manat olmuşdur.  Yeni iş yerlərinin  açılması həmişə rayon rəhbərliyini düşündürən prioritet məslələrdən olub. Elə bunun nəticəsidir ki, 2013-cü ilin yanvar-iyun aylarında rayonda 1796 yeni iş yeri  açılmışdır ki, onlardan 37-si yeni yaradılmış müəssisə və təşkılatlarda, 384-ü mövcud və bərpa olunmuş müəssisələrdə, 1374-ü isə fiziki şəxslərdən ibarət olmuşdur.

Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi   respublikamızın hər bir yerində olduğu kimi, Yasamal rayonunda  silsilə tədbirlərlə təntənəli şəkildə qeyd edilmişdir. Bu tədbirlər kütləvi xarakter daşımış, rəngarəngliyi, dərin məzmunu və başlıcası isə xalqımızın ümummilli liderə sonsuz məhəbbətinin təzahürləri ilə səciyyələnmişdir. Belə ki, may ayının 3-də Yasamal rayon İstirahət parkında ənənəvi “Gül bayramı”, mayın 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təntənəli yığıncaq, Heydər Əliyev Mərkəzində “Xalqa bağışlanan ömür”, Heydər Əliyevin siyasi irsinin təbliğinə həsr olunan açıq dərs, Azərbaycan Dövlət Pedaqoji Kollecinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş açıq dərs, Azərbaycan Dövlət Memarlıq və İnşaat Unıversitetinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 90 illik yubıleyinə həsr edilmiş, açıq dərs və digər tədbirlər keçirilmişdir. Heydər Əliyev mərkəzində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə keçirilən tədbirdə ulu öndər ehtiramla yad edilmişdir.

İ.Mehdiyev vurğuladı ki, “2011-2013-cü illərdə Bakı şəhərinin  və onun  qəsəbələrinin  sosial-iqtisadi  inkişafına dair Dövlət Proqramı”nda nəzərdə  tutulan  tədbirlərdən 31-i  tamamilə  başa çatdırılmışdır. Bunlardan 22-si məktəb və məktəbəqədər müəssisələrin əsaslı təmiri və 3-ü telefon stansiyasının yenıdən qurulmasıdır.  Proqramın 17 bəndi qismən icra olunmuş, digər tədbirlərin icrası isə 2013-cü ildə nəzərdə tutulur. Bunlar rayonun qaz, elektrik enerjisi, su və kanalizasiya, yol təsərrüfatı və nəqliyyat, abadlıq və təhsil sahələrini əhatə edən geniş miqyaslı tədbirlərdir. Bu tədbirlərin də uğurla başa çatdırılması üçün bütün imkanlardan istifadə olunur.

Əhalinin sosial problemlərınin həlli istiqamətində ölkə Prezidenti tərəfindən verilmiş tapşırıqlar və bu sahədə yaranmış problemlərin həlli daim rayon icra hakimiyyətinin  nəzarətində olmuşdur. Bu gün rayonun   enerji daşıyıcıları ilə təmin olunmasında heç bir problem yoxdur. Elə bunun nəticəsidir ki, əhali tərəfindən elektrik enerjisinin dəyərinin ödənilməsi 2013-cü ilin 6 ayında 102,3 faiz təşkil etmişdir.    

Vətəndaşların qəbulu, onların  müraciətlərinə baxılması, 2013-cü ilin 6 ayı ərzində də  icra hakimiyyəti başçısının  diqqət mərkəzində saxladığı məsələlərdən olmuşdur. Bu müddət ərzində vətəndaşlardan 1610 müraciət daxil olmuşdur. 1610 müraciətdən 796-ı yuxarı dövlət orqanlarından, o cümlədən 62-i nəzarətlə göndərilmişdir. Yerli sakinlərin qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçirilmişdir. Bununla yanaşı rayon icra hakimiyyəti başçısının aparatda keçirilən rəsmi qəbulunda 165 nəfər, səyyar qəbul-görüşlərdə isə 115 nəfər rayon sakini onları narahat edən 121 sosial problemlə əlaqədar müraciət etmişlər. Bütün bunlar diqqətlə dinlənilmiş və kömək məqsədilə aidiyyatı orqanlara müvafiq tapşırıqlar verilmişdir.

İ.Mehdiyev bildirmişdir ki, ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq  həmişə vətəndaşların müraciətlərinə peşəkarlıqla, eyni zamanda həssaslıqla yanaşılmasının zəruriliyini qeyd  etmışdir. Bu il ölkə başçısının seçkilərinin keçirilməsi bu sahədə hər bir dövlət qulluqçusunun, məmurun üzərinə düşən məsuliyyəti daha da artırır. Bidirdi ki, Azərbaycan Respublikası Prezidentinin seçki kampaniyasına start verilməsinə çox az vaxt qalır. Şübhəsiz ki, seçkılərlə əlaqədar bizim çoxsaylı tədbirlərimiz olacaqdır. Lakin indidən müəyyən məsələlərin həlli istiqamətində üzərimizə düşən vəzifələrin icrasına başlanılmalıdır. Bu gün bəzi dairələr, xüsusilə dövlət idarəçiliyində heç bir təcrübəsi, səriştəsi olmayan kinorejissor Rüstəm İbrahimbəyov kimi milli mentalitetdən, azərbaycançılıqdan uzaq olan bir adam kimlərinsə vasitəsilə ortalığa atılaraq çaşqınlıq yaratmaq istəyirlər. Xalq belə antimilliləri, ermənipərəstləri  çox yaxşı tanıyır. Ona görə də belələrinin ortalığa atılması əbəsdir. Söz yox ki, seçkilərdə hər bir Azərbaycan vətəndaşının iştirakı onun hüququdur. Ancaq Rüstəm İbrahimbəyov bir neçə ölkənin vətəndaşıdır. Buna baxmayaraq, seçkilərə qatılmaq istəyir. Xalq isə kimin kim olduğunu çox yaxşı bilir. Ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyması, dünya birliyinə inteqrasiyası və dünyada söz sahibinə çevrilməsi, həmçinin əhalinin həyat səviyyəsinin getdikcə yüksəlməsi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərfindən uğurla həyata keçirilən daxili və xarici siyasətin təntənəsidir. Bu siyasi xəttin Azərbaycanda hələ də alternativi yoxdur. Ona görə də xalq yenə də böyük ruh yüksəkliyi ilə möhtərəm Prezidentimiz İlham Əliyevə səs verəcək. Biz əhali ilə keçirdiyimiz görüşlərdə də bunun şahidi oluruq. İ. Mehdiyev əminliklə bildirdi  ki, prezident seçkiləri ilə əlaqədar rayon icra hakimiyyəti, rayonun idarə, müəssisə və təşkilatlarını, ictimai birliklərini, rayon ictımaiyyətini, eləcə də sağlam düşüncəli və əqidəli bütün sakinlərimizi öz ətrafımızda səfərbər edərək qarşıda duran hər bir vəzifənin vaxtında, yüksək keyfiyyətlə icrasını təmin edəcəyik.

Məruzə ətrafında çıxış edənlər cari ilin birinci yarısında rayonda görülən işləri yüksək qiymətləndirdilər.

Keçidlər