Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Yasamal rayon gəncləri ilə görüşü keçirildi
Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Yasamal rayon gəncləri ilə görüşü keçirildi.
Görüşdə Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi, Gənclər Fondunun Strateji Planlaşdırma və Beynəlxalq Əlaqələr Sektorunun məsləhətçiləri, Şəhid Ailələrinə Maddi və Mənəvi dəstək İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Gənclər və İdman Nümayəndəliyinin sədri, Aztelekom İstehsalat Birliyinin nümayəndələri, ali təhsil müəssisələrinin və kolleclərin Tələbə Gənclər Təşkilatlarının sədr və üzvləri, rayon gəncləri və digər qonaqlar iştirak edirdi.
İlk öncə tədbir iştirakçıları Mərkəzin “Muzey” bölməsində Azərbaycan xalıqnın ümummilli lideri Heydər Əliyevin mənalı həyat yolu, zəngin siyasi irsini özündə əks etdirən eksponatlara baxış keçirdilər.
Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov tədbiri açaraq qonaqları salamladı, bu gün Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu, Azərbaycan gəncliyinin ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçildiyini vurğuladı.
Gənclər Fondunun Strateji Planlaşdırma və Beynəlxalq Əlaqələr Sektorunun aparıcı məsləhətçisi Vüsalə Niftalıyeva çıxış edərək Fondun yaradılması, məqsəd və vəzifələri haqqında videogörüntü vasitəsilə təqdimat etdi. Vurğulandı ki, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli proqramları qrant şəklində məqsədli maliyyələşdirmək Fondun əsas məqsədidir.
Tədbirin sonunda Gənclər Fondunun hədiyyələri gənclərə təqdim edildi.