Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişinin 44-cü ildönümü ilə əlaqədar dəyirmi masa

13 iyul 2013 | 10:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikanın rəhbərliyinə yüksəlib Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçilməsinin 44-cü ildönümü ilə əlaqədar dəyirmi masa keçirildi.

Dəyirmi masada Yasamal rayon İcra Hakimiyyətinin, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edirdi.

Tədbir iştirakçıları ilk öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq dahi öndərin əziz xatirəsini yad etdilər, onu həyatı, zəngin dövlətçilik irsini özündə əks etdirən eksponatların toplandığı “Muzey” bölmələri ilə tanış oldular.

Mərkəzin kiçik elmi işçisi Günel Hüseynova “Azərbaycan tarixində Heydər Əliyev fenomeni” adlı məruzə ilə çıxış etdi. Çıxış zamanı vurğulandı ki, məhz Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub və həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoymuşdur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ömür yolundan bəhs edən film nümayiş olundu.

Keçidlər