Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Sosial Müdafiə Fondu Yasamal rayon şöbəsinin inzibati binası istiadəyə verildi

09 iyul 2013 | 10:00

A.M.Şərifzadə  küçəsi,201 saylı ünvanda Dövlət Sosial Müdafiə Fondu Yasamal rayon şöbəsinin inzibati binası  istiadəyə verildi. Açılış mərasimində Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov  və Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev iştirak etdilər. 

Açılış  mərasimində  çıxış  edən  DSMF-nin sədri S.Müslümov  bildirdi ki, 3 mərtəbəli  inzibati binanın  ümumi sahəsi 800 kv.m-dir, rayon  şöbəsi  bütünlüklə müasir texniki avadanlıqlarla  təchiz  edilmişdir.  DSMF Yasamal rayon  şöbəsinin informasiya bazası ümumi baza ilə əlaqəli  fəaliyyət göstərir, şöbənin 53 nəfərdən  ibarət  işçi heyəti 35000 nəfər təqaüdçüyə xidməti təmin edir.

Mərasimdə  Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev  təbrik  nitqi ilə  çıxış  edərək DSMF Yasamal rayon  şöbəsinin  işindən razılığını bildirdi və qeyd  etdi ki,  rayon şöbəsinin  əsas nailiyyəti ondan ibarətdir ki,  indiyədək  pensiyaların  təyinatı ilə  əlaqədar şikayət halları  müşahidə  edilməmişdir. O, çıxışının  sonunda  şöbənin  əməkdaşlarına uğurlar arzuladı.

Keçidlər