Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomanlığa və narkobiznesə qarşı mübarizədə ictimaiyyətin və Qeyri-Hökümət təşkilatlarının (QHT) rolunun artırılması” mövzusunda konfrans keçirildi

04 iyul 2013 | 10:00

Yasamal rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşəbbüsü və iştirakı ilə “Narkomanlığa və narkobiznesə qarşı mübarizədə  ictimaiyyətin və qeyri-hökumət təşkilatlarının rolunun artırılması” mövzusunda konfrans keçirildi.

Konfransda Azərbaycan Respublikası  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri M.Əliyev , Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti, Dövlət Komissiyasının üzvü Rauf Zeyni, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komissiyasının sədr müavini S.Qəhrəmanlı, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə müəssisələrinin rəhbərləri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının, Respublika Narkoloji Mərkəzinin, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak edirdilər.

Yasamal rayon İcra Hakimiyyətinin Başçısı cənab İ.Mehdiyev konfransı açıq elan edərək giriş sözü ilə çıxış etdi. Konfransda Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti R.Zeyni məruzə ilə çıxış etdi. Məruzəçi və digər natiqlər narkomaniyaya qarşı mübarizədə ictimaiyyətin və qeyri hökumət təşkilatlarının rolunun artırılmasının əhəmiyyətindən danışdılar.

Konfransın sonunda narkomaniyanın insanları düçar etdiyi bəlalara həsr olunmuş film nümayiş etdirildi.

Keçidlər