Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəman Səfiyar Behbudovun xatirəsi anıldı

21 iyun 2013 | 10:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun anadan olmasının 46-cı ildönümü ilə əlaqədar tədbir keçirildi.

Tədbirdə Millət vəkili Qənirə Paşayeva, Respublika Milli Qəhrəmanlar Birliyinin sədri, Yasamal rayon İcra Hakimiyyətinin əməkdaşları, Yasamal rayon müharibə və əmək veteranları şurasının sədri, müharibə veteranları, Qarabağ Koalisiyasının sədri, “Xocalı soyqırımı” ictimai birliyinin sədri, Respublika Milli Qəhrəmanlar Birliyinin üzvləri, Milli Qəhrəman Asif Məhərrəmov adına inkişaf fondunun prezidenti, Milli Qəhrəmanın ailə üzvləri, QHT təşkilatlarının rəhbərləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edirdi.

Tədbir iştirakçıları ilk öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan mərkəzlə tanış oldular, onun həyat və siyasi fəaliyyətini özündə əks etdirən eksponatlara baxış keçirdilər.

Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova tədbiri açaraq qonaqları salamladı, Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsinin daim xalqımız tərəfindən əziz tutulduğunu qeyd etdi.

Çıxış edən tədbir iştirakçıları, qəhrəmanın ailə üzvləri və yaxınları tərəfindən vurğulandı ki,  tarix boyu  Azərbaycanda dövlətçiliyimiz və torpaqlarımız uğrunda döyüşən qəhrəman oğullar yetişib, Azərbaycanın neçə-neçə igid, cəsur, qəhrəman övladları şəhidlik, qəhrəmanlıq zirvəsinə ucalıblar, öz  soy-kökünə bağlı olaraq milli qeyrətlərini, şücaətlərini göstəriblər. Çıxışçılar  Milli Qəhrəman Səfiyar Behbudovun keçdiyi şərəfli döyüş yolu, həyatı haqqında danışdılar, onun göstərdiyi şücaətlərin hər bir azərbaycanlı üçün örnək, nümunə olduğunu vurğuladılar.

Tədbir zamanı Milli Qəhrəmanın şərəfli həyat yolundan bəhs edən film nümayiş olundu.

Keçidlər