Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyətində operativ idarəetmə mərkəzi fəaliyyətə başlamışdır

31 may 2013 | 10:00

Yasamal rayon İcra Hakimiyyəti Başçısının  aparatında  yaradılmış  operativ idarəetmə  mərkəzi  vasitəsilə  rayon İcra Hakimiyyətinin  Başçısı cənab İbrahim Mehdiyevin rayon sakinlərini qəbulu keçirildi.Qəbulda rayon İcra Hakimiyyəti Başçısının müavinləri, rayon İcra Hakimiyyəti Başçısı aparatının şöbə  müdirləri, rayonun  hüquq-inzibati  orqanlarının, kommunal xidmət qurumlarının rəhbərləri  və kütləvi  informasiya  vasitələrinin  nümayəndələri iştirak  etdilər. Operativ  idarəetmə  mərkəzinə  Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin  təsdiq edilməsi barədə” 6 iyun  2012-ci il tarixli Fərmanına uyğun olaraq  əhali  ilə daha sıx  təmas qurulması məqsədi ilə yaradılmış rayon İcra Hakimiyyəti Başçısının  1 nömrəli, 2 nömrəli, 3 nömrəli, 4 nömrəli sahə inzibati ərazi dairələri üzrə  nümayəndəliklərində və Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində  quraşdırılmış texniki vasitələr  qoşulduğundan rayon sakinləri rayon İcra Hakimiyyəti Başçısı aparatının inzibati  binasına gəlmədən  birbaşa  müraciət etmək  imkanı  əldə  etmiş  oldular.  Rayon  İcra Hakimiyyəti  Başçısının  sahə  inzibati  ərazi  dairələri  üzrə nümayəndəliklərində bu qurumları  təmsil edən  vəzifəli şəxslər,  onların  ərazilərində xidmət göstərən Mənzil-Kommunal İstismar Sahələrinin rəisləri  və  karguzarları, həmçinin, rayon  sakinləri, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində adı çəkilən  qurumun  rəhbərliyi və Mənzil-Kommunal İstismar Sahələrinin rəisləri iştirak  etdilər.

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin  tapşırığına əsasən operativ  idarəetmə  mərkəzlərinin  yaradılması rayon, ümumşəhər  və respublika əhəmiyyətli  layihələrin, kütləvi ictimai-siyasi tədbirlərin  həyata keçirilməsinə, fövqəladə  hallar, ekoloji, abadlıq-quruculuq və digər sahələrdə  əməli işlərin görülməsi ilə eyni zamanda vətəndaşların  maneəsiz, daha asanlıqla müraciət etmək imkanlarının təmin olunmasına xidmət edir.

Mayın 30-da  keçirilən  qəbulda  67 nəfər rayon sakini iştirak etdilər, onlardan 23 nəfər  müxtəlif sosial problemlərlə  əlaqədar rayon İcra Hakimiyyətinin Başçısına müraciət etdilər, 1 nəfər  rayon sakini isə rayon İcra Hakimiyyəti Başçısının yerlərdə  keçirdiyi səyyar qəbul-görüş  zamanı sakinlər tərəfindən qaldırdıqları məsələnin  rayon İcra Hakimiyyəti Başçısının  göstərişinə əsasən  artıq  öz müsbət həllini tapdığı üçün  təşəkkürünü  bildirdi.

Rayon sakinlərinin müraciətləri su-kanalizasiya xətlərinin, məişət tullantıları konteynerlərinin, dam örtüklərinin, işıq xəttlərinin təmiri, mənzil-məişət  şəraitinin  yaxşılaşdırılması, qeydiyyata alınma, lift xidməti  və digər  məsələləri  əhatə  etdi.

Rayon sakinlərinin hər bir  müraciəti qeydiyyata alınaraq onların  müsbət  həlli üçün  məsul  şəxslərə müvafiq tapşırıqlar  verildi və bunun üçün müddət  təyin  olundu.

Yaxın  gələcəkdə  rayon İcra Hakimiyyəti Başçısının  qəbulu  keçirilərkən rayonun daha çox ərazisinin əhatə olunması məqsədilə  operativ  idarəetmə mərkəzinə  qoşulan obyektlərin sayının artırılması nəzərdə tutulur.

Bu kimi  qəbulların  keçirilməsi  barədə əvvəlcədən  rayon sakinlərinə  kütləvi  qaydada elanların verilməsi, müxtəlif vasitələrlə daha çox sakinin məlumatlandırılması sayəsində  qısa zaman kəsiyində  sakinləri  narahat edən halların, sosial problemlərin üzə çıxarılması, beləliklə, mövcud problemlərin kompleks şəkildə həlli təmin olunacaqdır.

Keçidlər