Yasamalda daha bir neçə yüz ailəyə ərzaq sovqatları paylanıldı
Koronavirus pandemiyası dövründə aztəminatlı ailələrə dəstək olmaq məqsədilə Yasamal rayonunda yardım kampaniyası davam edir. Yasamal rayon İcra Hakimiyyətinin həyata keçirdiyi aksiya zamanı karantin rejimində əhalinin həssas təbəqə nümayəndələrinə növbəti ərzaq sovqatları çatdırılıb. Məcburi köçkünlər, yaşlı əhalinin nümayəndələri, əlillər və digər aztəminatlı şəxslərə müxtəlif ərzaq məhsullarından ibarət paylar verilib. Gün ərzində Yasamal rayon İcra Hakimiyyətinin əməkdaşları ərzaq sovqatlarını yüzlərlə ünvana çatdırıblar. Göstərilən diqqət və qayğıya görə vətəndaşlar Azərbaycan rəhbərliyinə xüsusi təşəkkürünü bildiriblər. Yasamal rayonunda sosial yardım kampaniyası davam edir.