Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyi münasibətilə bayram şənliyi
Yasamal rayon İcra Hakimiyyəti və ANS teleradio şirkəti tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyi münasibətilə Yasamal istirahət parkında Azərbaycanın incəsənət xadimlərinin iştirakı ilə bayram şənliyi keçirildi. Bu barədə Yasamal rayon İcra Hakimiyyətinin göstərişi ilə rayon sakinlərinin məlumatlandırılması, eləcə də, ANS televiziya verilişlərində anonsların verilməsi nəticəsində bayram konsertində xeyli rayon sakini iştirak etdi.
Bayram konserti ilə əlaqədar Yasamal istirahət parkında istirahət edən və əylənən sakinlərin, xüsusən, azyaşlı uşaqların vaxtlarını daha maraqlı keçirmələri üçün hər bir şərait yaradılmışdı. Bayram şənliyində Yasamal rayon İcra Hakimiyyətinin, rayonun hüquq-inzibati orqanlarının, idarə, müəssisə və təşkilatların, həmçinin, ANS teleradio şirkətinin rəhbərləri də iştirak etdilər.