Yasamal rayon İcra Hakimiyyətinin başçısı yardım kampaniyasında iştirak edib
Yasamal rayonunda ahıl şəxslərə və aztəminatlı ailələrə yardım kampaniyası davam edir. Ölkədə tətbiq edilən karantin rejimi şəraitində Yasamal rayon İcra Hakimiyyəti və Missiya.az xəbər portalı növbəti müştərək aksiya həyata keçiriblər.Baş tutan xeyriyyə aksiyası Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun iştirakı ilə keçirilib. İcra Hakimiyyətinin başçısı yerli sakinlərin problemləri ilə maraqlanıb və müxtəlif çeşidli ərzaq məhsullarından ibarət sovqatları onlara təqdim edib. Keçirilən aksiya koronavirus pandemiyası şəraitində özünütəcrid şəraitində qalan yaşlı şəxslərə və maddi ehtiyac duyan vətəndaşlara yardım məqsədi daşıyıb.
Yasamal sakinləri dövlətin yardım təşəbbüslərinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.Vətəndaşlar ölkə rəhbərliyinin belə çətin epidemeoloji şəraitdə sadə insanları daimi düşündüyünü və qayğısına qaldığını xüsusi qeyd ediblər.
Xatırladaq ki, artıq bir aydan çox Yasamal rayonunda davam edən sosial yardım kampaniyası çərçivəsində minlərlə aztəminatlı ailə və yaşlı şəxslərə ərzaq payları çatdırılıb. Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bu kampaniyaya özəl sektor, ictimai birliklər və media qurumları da qoşulub.Yardım kampaniyası davam edir.