Yasamalda aztəminatlı ailələr daha bir yardım
29 aprel 2020 | 11:00
Yasamal rayon İcra Hakimiyyəti və Missiya.az xəbər portalı növbəti birgə sosial aksiya həyata keçiriblər. Aksiya çərçivəsində koronavirus pandemiyasının yayılması şəraitində əhalinin ən riskli qrupu olan yaşlı insanlara və aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb.
Yasamal sakinləri aksiya təşkilatçılarına öz təşəkkürünü bildiriblər.Aksiya zamanı vətəndaşlara karantin və gigiyena qaydaları ətraflı izah olunub və dövlət qurumlarının bu sahədə gördüyü tədbirlər barədə məlumat verilib.
Aksiyanın növbəti günlərdə də davam etməsi planlaşdırılır.