Yasamal rayonunda sakinlərə növbəti ərzaq sovqatları paylanılıb
Yasamal rayon İcra Hakimiyyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası müştərək sosial aksiya həyata keçiriblər. Ölkədə davam edən karantin rejimi ilə əlaqədar yaşlı və ehtiyacı olan Yasamal sakinlərinə ərzaq sovqatları çatdırılıb.
Aksiya Yasamal rayonunun müxtəlif ünvanlarında baş tutub və qapı-qapı gəzən tədbir təşkilatçıları 50-dən çox ailəni sevindiriblər.
Ərzaq paylarını qəbul edən Yasamal sakinləri dövlət siyasətinin mərkəzində sadə insan olduğuna görə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.
Aksiya zamanı vətəndaşlara koronavirus pandemiyası şəraitində karantin qaydalarının vacibliyi və müvafiq rejimin əhəmiyyəti barədə ətraflı məlumat verilib.