Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə xanım Əliyevanın ad günündə gözdən əlil şəxslərə yardım aksiyası

28 aprel 2020 | 11:00

Bu gün Azərbaycan xalqının parlaq siması, yaddaşlarda görkəmli alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür-gün yoldaşı, gözəl ana kimi əbədiləşən Zərifə xanım Əliyevanın anadan olmasının 97-ci  ildönümüdür.   Azərbaycan qadınının dolğun obrazını yaradan Zərifə xanım işıqlı amalları, ləyaqətli ömür yolu ilə xalqın yaddaşında həmişəyaşardır.

Zərifə xanımın həyat fəlsəfəsi olan “Günəştək olaq” ifadəsi liseyin devizinə çevrilmiş, onun xeyirxahlıq məktəbi, ləyaqətli həyat yolu və insanlıq fəlsəfəsi kollektivin hər bir üzvü üçün nümunə olmuşdur. Hər il Akademik Zərifə Əliyeva adına liseyin kollektivi  ənənəvi olaraq  Zərifə xanımın  anadan olması ilə əlaqədar xeyriyyə aksiyaları  keçirir. Bu gün də Akademik Zərifə Əliyeva adına lisey öz ənənələrinə sadiq qalaraq  Yasamal rayon İcra Hakimiyyəti ilə birgə “Zərifə xanımın xeyirxah işlərinin davamçısı olaq” adlı xeyriyyə aksiyasını təşkil etdi.

Bu aksiyanın keçirilməsi təşəbbüsü liseyin Şagird Parlamentinin üzvləri tərəfindən irəli sürülmüş, liseyin kollektivi tərəfindən dəstəklənərək müəllim və valideyn kollektivinin iştirakı ilə həyata keçirilmişdir.

Dostluq, birlik, həmrəylik, humanizm və xeyirxahlıq ideyalarının reallaşdığı gündə liseyin səsinə səs verən Yasamal Rayon İcra Hakimiyyəti aksiyada müştərək olaraq fəaliyyətə qoşulmuş, gözdən əlil vətəndaşların ailələrinə ünvanlanmış ərzaq yardımının çatdırılmasına dəstək olmuşdur.

Keçidlər