Yasamalda aztəminatlı ailələrə yardım aksiyası
Yasamal rayon İcra Hakimiyyəti və “PAŞA Holding” MMC müştərək sosial aksiya həyata keçiriblər. Belə ki, karantin rejimində maddi ehtiyacı olan #Yasamal rayonu sakinlərinə ərzaq sovqatları paylanılıb. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, tənha şəxslərə və aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət yardımlar çatdırılıb.Yasamal rayonunun müxtəlif ünvanlarında həyata keçirilən bu sosial aksiyadan maddi ehtiyacı olan 200-dən çox ailə faydalanıb.
Ərzaq paylarını qəbul edən Yasamal sakinləri insanlara göstərilən diqqət və qayğıya görə, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər. Ölkə başçısı cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışı əsasında dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə baş tutan bu aksiya sıravi vətəndaşlar tərəfindən razılıqla qarşılanıb. Yasamal rayonu sakinləri aksiya təşkilatçılarına da öz minnətdarlığını ifadə ediblər.
Həmçinin aksiya zamanı könüllülər koronavirusdan qorunmaq üçün ölkədə tətbiq edilən karantin qaydaları barədə vətəndaşlara ətraflı məlumat veriblər. #Evdəqal çağırışı dövründə həyata keçirilən bu sosial aksiya karantin şəraitində ehtiyacı olan şəxslərə maddi və mənəvi dəstək olmaq məqsədi daşıyır.