Şriftin ölçüsü :

Saytın rəngi :

Aztəminatlı Yasamal sakinlərinə ərzaq sovqatları paylanılıb

16 aprel 2020 | 11:00

Bakının Yasamal rayon İcra Hakimiyyəti və Caspian Consulting & Partners şirkəti müştərək sosial aksiya həyata keçiriblər. Karantin rejimi şəraitində  əhalinin ən həssas təbəqəsi olan yaşlı və ehtiyacı olan insanlara ərzaq sovqatları paylanılıb. Yasamal rayonunun müxtəlif ünvanlarında həyata keçirilən bu sosial aksiyadan maddi ehtiyacı olan onlarla sakin bəhrələnib. Ərzaq paylarını qəbul edən Yasamal sakinləri bu xeyirxah aksiyaya görə, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.

Aksiya zamanı koronavirusdan qorunmaq üçün ölkədə tətbiq edilən karantin qaydaları barədə vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb.

#evdəqal kampaniyası çərçivəsidə həyata keçirilən bu sosial aksiya karantin şəraitində ehtiyacı olan şəxslərə dəstək olmaq məramı daşıyır.

#bizbirlikdəgüclüyük

Keçidlər