Yasamal rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər intensivləşib
Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində paytaxt Bakının bütün rayonlarında profilaktik dezinfeksiya işləri davam edir. Dezinfeksiya tədbirləri paytaxtın Yasamal rayonunda daha intensiv xarakter alıb. Yasamal rayon İcra Hakimiyyəti yanında Operativ Qərargahdan verilən məlumata görə, Yasamal rayonunun yaşayış binalarında, blok və pilləkənlərdə, liftlərdə, məişət tullantılarının atıldığı konteyner meydançalarında, təhsil ocaqlarında, poliklinikalarda, dayanacaqlarda və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılıb. Bu işdə Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti bütün lazımı dəstək göstərir. Yasamal rayonunda mütəmadi qaydada aprılan tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər xüsusi kimyəvi vasitələrlə həyata keçirilir.