Şriftin ölçüsü :

Saytın rəngi :

Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilən yerüstü piyada keçidinin açılışı

03 aprel 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilən yerüstü piyada keçidinin açılışında da iştirak edib.

Prezident İlham Əliyevin tapşırıq və göstərişləri, müvafiq sərəncamları ilə hazırda avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə kompleks tədbirlər icra olunur. Bu baxımdan yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri xüsusi əhəmiyyəti ilə seçilir. Görülən işlər ümumilikdə paytaxtımızın nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə töhfə verir. Bu istiqamətdə icra olunan kompleks tədbirlərin bir hissəsi kimi Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilən yerüstü piyada keçidinin də mühüm əhəmiyyəti var. Belə ki, bu ərazi həm nəqliyyat vasitələrinin, həm də piyadaların çox olduğu yerdir. Yerüstü piyada keçidinin burada inşası piyadaların təhlükəsizliyini təmin etməklə yanaşı, ərazidə yarana biləcək tıxacların qarşısını da alacaq və nəticədə avtomobillərin hərəkətinin intensivliyi təmin olunacaq. Keçidin inşasına 2018-ci ildə başlanılıb. Keçidin uzunluğu 130, eni isə 3 metrdir.

Qeyd edək ki, son dövrlərdə dünyada neftin qiymətinin kəskin sürətdə aşağı düşməsinə və iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafla bağlı nəzərdə tutulan bütün işlər uğurla və vaxtında icra olunur. Sosial sahənin mühüm elementi olan yol infrastrukturunun müasirləşdirilməsi, respublikanın hər yerində yol təsərrüfatının yenidən qurulması bunun əyani göstəricisidir. Son illərdə Bakıda da yolların müasir səviyyədə yenidən qurulması və genişləndirilməsi istiqamətində çox mühüm işlər görülür. Bütün bu tədbirlər vətəndaşların rahatlığının və onların təhlükəsizliyinin təmin olunmasına yönəlib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsi bu baxımdan çox böyük rol oynayır. Bakı şəhərinin şimal girişində xüsusən günün pik saatlarında yaranan tıxac və avtomobillərin sıxlığının aradan qaldırılması baxımından bu layihənin olduqca mühüm əhəmiyyəti var. Layihənin icrası ilə nəqliyyat vasitələrinin paytaxta rahat və təhlükəsiz giriş-çıxışı təmin olunacaq.

Keçidlər