Şriftin ölçüsü :

Saytın rəngi :

9 may Qələbə günü münasibətilə tədbir keçirilmişdir

10 may 2013 | 10:00

Respublikamızın hər yerində olduğu kimi, 9 May Qələbə günü  hər il Yasamal rayon İcra Hakimiyyəti tərəfindən təntənəli surətdə qeyd edilir. Faşizm üzərində qələbənin ildönümü münasibətilə təşkil olunmuş tədbirdə müharibə veteranları ilə bərabər yeniyetmə və gənclərin iştirakı da təmin edilir.
9 may 2013-cü il tarixdə Qələbənin 68 illiyi münasibətilə rayon ictimaiyyəti nümayəndələri və müharibə iştirakçıları ilə birlikdə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önünə əklil qoyulmuş, veteranlarla xatirə şəkilləri çəkilmişdir. Qələbənin 68 illiyi münasibətilə müharibə iştirakçılarına ərzaq sovqatı verilmişdir.
Rayon İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq 1941-1945-ci illər müharibəsində həlak olanların, sonradan vəfat etmiş müharibə veteranlarının rayonun ərazisində yerləşən qəbirlərinin, xatirə komplekslərinin, qardaşlıq qəbirstanlıqlarının lazımi səliqə-səhmana salınması təmin olunmuş, Qələbə bayramı günlərində onların ziyarət edilməsi, əklillər qoyulması təşkil edilmişdir.
Rayon İcra Hakimiyyəti rayonda olan 220 nəfər 1941-1945-ci illər müharibəsi iştirakçılarının, 210 nəfər arxa cəbhə iştirakçılanının siyahılarını və ev ünvanlarını dəqiqləşdirərək onlarla müntəzəm iş aparılmış, onların sosial problemlərini öyrənmiş, ərzaq, maddi və mənəvi köməkliklər göstərilmişdir. Ehtiyacı olan veteranların müalicə və dərmanla təmin olunması istiqamətində də rayonda məqsədyönlü iş aparılır.
Rayonda keçirilən tədbirlərin AzTV-də və KİV-də işıqlandırılması təmin olunmuşdur.

Keçidlər