Şriftin ölçüsü :

Saytın rəngi :

Mehriban Əliyeva Bakının Yasamal rayonundakı 82 nömrəli körpələr evi-uşaq bağçasında əsaslı yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış oldu

04 may 2013 | 10:00

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonundakı 82 nömrəli körpələr evi-uşaq bağçasında əsaslı yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış oldu.
Mehriban Əliyeva əvvəlcə körpələr evi-uşaq bağçasının əsaslı təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendlə tanış oldu, binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin uşaqlara diqqət və qayğısını əks etdirən fotostendə baxdı.
Məlumat verildi ki, 1963-cü ildə inşa edilən ikimərtəbəli binanın təmiri “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq aparılıb. Yenidənqurma işlərinə 2012-ci ilin martından başlanılıb. Bağçada 3-6 yaş arası 95 uşağın təlim-tərbiyəsi ilə ümumilikdə 20 nəfər məşğul olur. Bağçanın bütün otaqları tamamilə yenilənib. Buradakı bütün avadanlıq Heydər Əliyev Fondunun hədiyyəsidir.
Mehriban Əliyeva bağçada yaradılan şəraitdən razılığını bildirdi.

Keçidlər